1xeber.media xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov RİA Novosti agentliyinə verdiyi məlumata görə, Rusiya qüvvələri Ukraynadakı hərbi və hərbiləşdirilmiş hədəflərə qarşı kütləvi cavab zərbəsi endirib.
"Əlbəttə ki, zərbələr kontekstində yalnız hərbi və ya hərbiləşdirilmiş hədəflərə qarşı endirilib", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, cavab zərbəsinin nəticələri artıq Rusiya prezidenti Vladimir Putinə bildirilib.
Müdafiə Nazirliyi daha əvvəl Ukraynaya qarşı kütləvi Rusiyanın cavab zərbəsi endirəcəyini açıqlamışdı. Hücumlar yüksək dəqiqlikli hava, quru və dəniz əsaslı raketlərdən istifadə etməklə həyata keçirilib.