Вернуться назад Распечатать

Paşinyan Azərbaycanla elektrik xətlərinin çəkilməsindən danışdı

"Ermənistan Aİ ilə rabitə, enerji və yüksək texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır".

1xeber.media xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə birgə mətbuat konfransında bildirib.

Baş nazir Türkiyə və Azərbaycanla elektrik xətlərinin və birləşdiricilərinin çəkilməsi də daxil olmaqla, enerji əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb: "Bu, həm enerji təhlükəsizliyinin gücləndirilməsinə, həm də yaşıl keçid məqsədlərinə çatmağa töhfə verə bilər".