Вернуться назад Распечатать

Yasamalda qazın verilişində fasilə olacaq

Bakının Yasamal rayonunun bəzi küçələrində qazın verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə 1xeber.media-ya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun Ə. Salamzadə və H. Zərdabi küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.