Вернуться назад Распечатать

Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan abadlıq işləri davam etdirilir

1xeber.media xəbər verir ki,Lənkəranda “Şəhərsalma və memarlıq ili” çərçivəsində aparılan bərpa-yenidənqurma işləri davam etdirilir. 

Cənab Prezident İlham Əliyevin tapşırığı na uyğun olaraq aparılan yenidənqurma işləri Heydər Əliyev prospekti, akademik Zərifə Əliyeva, Paşa Təhməzov, Mirzə Məmmədhüseyn Axund, Tofiq Aslanov, Səttərxan, Əliağa Vahid, Məhəmməd Əsədov və Şirəli Axundov və digər küçələrdə, Həzi Aslanov parkı, Xocalı parkı, Əsgər Əliyev adına “Dostluq Parkı” və “Əfqanıstan Veteranları Parkı”nda  davam etdirilir.
Aparılan əsaslı təmir işləri çərçivəsində parkların ərazisi tamamilə yeni dizaynda təmir olunur, tametlər yeni və ən müasir standartlara cavab verən yeniləri ilə əvəzlənir, səkilər və bardürlər isə insanların zövqünü oxşayacaq və rahatlığını təmin edəcək şəkildə yenilənir. 
Qeyd edək ki, parkların ərazisində insanların rahatlığını təmin etmək üçün yeni və daha rahat oturacaqlar qoyulacaq və parkların işıqlandırılmasında isə ən yeni texnologiyalar tətbiq ediləcək.
Küçə və prospekt boyu aparılan işlərdə çoxmərtəbəli binaların fasadları
yenilənir, dam örtükləri yenisi ilə əvəzlənir, bundan başqa, fərdi yaşayış evlərinin hasarları suvaqlanır, fasad örtükləri rənglənir, səki kənarlarında təhlükəsizliyi təmin etmək və estetik görünüş yaratmaq məqsədi ilə ən müasir dizaynda məhəccər və ya sərhəd divarları tikilir.
Aparılan abadlıq işləri çərçivəsində yaşıllıq zolaqlarının yenilənməsi, torpağın münbitləşdirilməsi, yerli iqlimə uyğun yeni ağac və gül kollarının əkilməsi və mövcud qurumuş bitkilərin və alaq otlarının təmizlənməsi həyata keçirilir.
Bununla yanaşı, Lənkəran şəhərinin tarixi-mədəni irs abidələrindən olan “Dairəvi qala”da da təmir-bərpa işlərinə artıq start verilib, abidənin qorunması və estetik görünüşünün yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Məlumat üçün bildirək ki, “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yenidən qurulması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində yeni utilizasiya zavodunun tikintisinə yaxın müddətdə başlanılacaqdır.
Layihələr çərçivəsində təmir işləri aparılan ərazilərə yeni yolların çəkilməsi, kommunikasiya xətlərinin yenilənməsi və bərpası həyata keçiriləcək, əlavə iqtisadi inkişaf və məşğulluq təmin olunacaq.
Qeyd edək ki, görülən işlər lənkəranlılar tərəfindən yüksək qiymətləndirilir və yerli sakinlər göstərilən xüsusi diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edirlər.