Вернуться назад Распечатать

Arzum ilk dəfə danışdı: Hələ də şokdayam...

Vəkil Fərid Həsənov Bakı İstintaq Təcridxanasında “Arzum 9999” ləqəbli tiktoker İlduzə Hacıyeva ilə görüşüb.

1xeber.media xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında müdafiəçi bildirib.

Onun sözlərinə görə, İ.Hacıyeva özünü yaxşı hiss edir, səhhətində heç bir problem yoxdur. Tiktoker kamerada bir neçə nəfərlə birlikdə saxlanılır:

“Saxlanma şəraiti yaxşıdır, heç bir şikayəti yoxdur. Eyni zamanda özünə olan münasibətdən də narazı deyil”.

İlduzə Hacıyeva vəkili ilə söhbətində deyib ki, Xəzər Rayon Məhkəməsinin hökmünü qanunsuz, əsassız və ədalətsiz sayır:

“Dedi ki, belə bir qərar gözləmirdim. Hələ də şokdadır. Kamerada olunla birlikdə saxlanılan şəxslər də təccübləniblər. Hamı İlduzə xanıma deyir ki, axı Azərbaycanda yol-nəqliyyat hadisəsinə, xüsusi ilə də şübhəli yol qəzasına görə qadınları həbs etmirlər. Dörd uşaq anasına isə belə bir cəzanın verilməsinə rast gəlinməyib”.

Fərid Həsənov bildirib ki, tiktokerin övladlarına hazırda nənə-babaları baxır. Onun Almaniya vətəndaşı olan həyat yoldaşının isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Qeyd edək ki, İ.Hacıyevaya qarşı irəli sürülən ittihama əsasən, o, 27 iyun 2025-ci il tarixində saat 00:53 radələrində “Çanqan Qiyuan A05 Plug-in Hibrid” markalı, 10-BY-117 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Xəzər rayonu ərazisində Mərdəkan-Qala avtomobil yolunda Qala istiqamətində hərəkətdə olarkən qəza törədib.

Nəticədə İ.Hacıyeva Məlikov Amal Musa oğlunun idarə etdiyi “Mersedes-Benz D2” markalı, 77-UK-890 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərinə sürtməklə vurub, ehtiyatsızlıqdan çarpaz toqquşmaya səbəb olub.

Nəticədə həmin avtomobildə olan sərnişin Muradova Sənubər Firdovsi qızı ağır bədən xəsarəti alıb, sürücü Məlikov Amal isə ölüb.

Xəzər Rayon Məhkəməsi hadisədə İ.Hacıyevanı günahkar bilib. Məhkəmə ona 5 il 2 ay müddətə azadlıqdan məhrumetmə cəzası verib. İ.Hacıyeva məhkəmə zalında həbs olunub.

Onun vəkilləri apellyasiya şikayəti verməyə hazırlaşırlar.