Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda işçiləri daşıyan avtobus qəzaya uğrayıb.
1xeber.media xəbər verir ki, bu barədə “HaberQlobal” məlumat yayıb.
Bildirilib ki, avtobusun dərəyə aşması nəticəsində ölən olmayıb, lakin 22 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma başlanılıb.
Qeyd edək ki, dünən də İstanbuldan İraqa doğru hərəkət edən sərnişin avtobusu qəzaya uğrayıb və nəticədə 40 nəfər xəsarət alıb.