Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
1xeber.media xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edəcək.
Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.