ABŞ Prezidenti Donald Trampın bir neçə müşaviri İsrailin Baş naziri Benyamin Netanyahunun hərəkətlərindən narazıdır.
1xeber.media xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
“Trampın ən yaxın müşavirlərinin çoxu Bibinin (Benyamin Netanyahu) hər şeydə səhv etdiyinə inanırlar”, - deyə mənbə bildirib.
Vurğulanır ki, son aylarda Trampın ətrafındakı şəxslər Netanyahuya qarşı getdikcə daha çox şübhə ilə yanaşmağa başlayıb və ondan məyus olublar.