1xeber.media xəbər verir ki, Amerikalı politoloq və hüquqşünas Bryus Marks verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığının baş tutması faktını əhəmiyyətli adlandırıb. O qeyd edib ki, Tramp sələfi Co Baydendən fərqli olaraq Ukrayna münaqişəsinə son qoymağı prioritet hesab edir.
"Düşünürəm ki, Prezident Trampla Prezident Putinin danışması tamamilə gözəldir. İnsanlar bir-biri ilə danışmasalar, bu münaqişəni həll edə bilməyəcəyik", - deyə o bildirib.
Marksa görə, Bayden dövründə münasibətlər yalnız Putinə qarşı edilən təhqirlər səbəbindən pisləşib, ekspertin fikrincə, Tramp isə Rusiya prezidentinə hörmətlə yanaşır. Marks həmçinin qeyd edib ki, Amerika prezidenti Rusiya liderini Alyaskada görüşə dəvət edib.