Вернуться назад Распечатать

Mişustin Paşinyanla görüşəcək

Sabah Yekaterinburqda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Rusiyanın Baş naziri Mixail Mişustinin görüşü keçiriləcək.

1xeber.media xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 6-da hər iki ölkənin hökumət başçıları Rusiyanın Sverdlovsk vilayətinin paytaxtında keçiriləcək XVI Beynəlxalq Sənaye Sərgisi – “İnnoprom”da iştirak edəcəklər.

Bu, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Nikol Paşinyanın Rusiyaya ilk səfəri olacaq.