Rusiya Müdafiə Nazirliyinin 5 iyulda verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələri Ukraynadakı hərbi aerodromlara, yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektlərinə çoxsaylı zərbələr endirib.
1xeber.media xəbər verir ki, bəyanatda deyilir: "Hərbi aerodromlar, yanacaq, enerji və nəqliyyat infrastrukturu obyektləri zədələnib".
Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna qüvvələrini dəstəkləmək üçün istifadə edilən logistika mərkəzləri də hədəfə alınıb. Zərbələr taktiki aviasiya, dronlar, raket qüvvələri və artilleriya tərəfindən həyata keçirilib.