İsveçin Moskvadakı səfiri Anna Kristina Terese Johannesson Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə nazirliyin sözçüsü Mariya Zaxarova 6 iyulda məlumat verib.
1xeber.media xəbər verir ki, "İsveç səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılacaq".
Zaxarova qeyd edib ki, çağırış İsveçdəki Rusiya səfirliyinə dron hücumu ilə bağlıdır. Onun sözlərinə görə, diplomatik nümayəndəlik müntəzəm olaraq baş verən hədəf dron hücumlarına məruz qalır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü aydınlıq gətirib ki, İsveç səfirinə Stokholmun Vyana Konvensiyaları çərçivəsində öhdəlikləri yenidən xatırladılacaq.
İsveçdəki Rusiya səfirliyinə iyulun 2-də dron hücumu edilib. Bildirilib ki, dronlardan biri Rusiya diplomatik nümayəndəliyinə boya qabı atıb. Rusiyanın İsveçdəki səfiri Sergey Belyayev bildirib ki, Rusiya hadisə ilə bağlı İsveç Xarici İşlər Nazirliyinə nota göndərib. Onun sözlərinə görə, dron Stokholmdan buraxılıb.