Вернуться назад Распечатать

Deputatın şirkəti DÖVLƏTƏ BORCLUDUR

"Embawood" şirkətinin 1.6 milyon manatdan çox vergi borcu yaranıb.

Azərbaycanın tanınmış şirkətlərindən olan "Embawood" Məhdud Məsuliyyətli Cəmiyyətinin (Embawood mebel şirkəti) dövlətə külli miqdarda vergi borcunun olduğu üzə çıxıb.

1xeber.media 32gun.az-a istinadla xəbər verir ki,hazırda şirkətin dəqiq borc məbləği 1 milyon 669 min 966 manat 33 qəpik təşkil edir.

Nizamnamə kapitalı 3750 AZN olan sözügedən şirkətin qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyevdir. "Embawood" MMC-nin Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, B.Bağırova, ev 15A, qapı 1 olaraq qeydiyyata alınıb.

Mətbuat orqanlarında "Embawood" mebel firmasının deputat Məşhur Məmmədova və ailəsinə məxsus olduğu deyilir.

Qeyd edk ki, O, 2020-ci ildən Milli Məclisdə təmsil olunur.