İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
1xeber.media xəbər verir ki, iclasda təqaüd yaşına çatmaları ilə əlaqədar partiyanın beş rayon təşkilatının sədrinin tutduqları vəzifədən azad olunması barədə qərar qəbul edilib.
Vəzifədən azad olunanlar bunlardır:
* Arif Qasımov – YAP Sədərək rayon təşkilatının sədri;
* Rizvan Məmmədov – YAP Şahbuz rayon təşkilatının sədri;
* Fəxrəddin Vəliyev – YAP Şəmkir rayon təşkilatının sədri;
* Məhəmməd Balaqadaşov – YAP Xaçmaz rayon təşkilatının sədri;
* David İbrahimxəlilov – YAP Qusar rayon təşkilatının sədri.
İclas zamanı YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, uzun illər partiyanın təşkilatlanması və inkişafında xidmət göstərən həmin şəxslər bundan sonra da öz təcrübələri ilə rayon təşkilatlarının fəaliyyətinə dəstək verəcəklər.
Sonda onlara xatirə hədiyyələri təqdim olunub