Вернуться назад Распечатать

Ev alanların diqqətinə: Tikinti şirkətlərindən milyonluq "kvadrat" fırıldağı!

Tikinti şirkətlərindən mənzil alarkən aldanmayın! Müqavilələrdə gizlədilən "kvadrat" fırıldağı

Paytaxtda yeni tikilən çoxmərtəbəli binalardan (MTK) nağd və ya daxili kreditlə mənzil alan vətəndaşların üzləşdiyi hüquqi tələ ilə bağlı redaksiyamız tərəfindən araşdırma aparılıb.
 
Məlum olub ki, bir çox bina tikən şirkətlər mənzil satarkən sahəni kağız üzərində şişirdirlər.

Divar içi hiyləsi:

1xeber.media ilə danışan tikinti mühəndisinin sözlərinə görə, MTK-lar mənzil müqaviləsində evin daxili yaşayış sahəsini yox, binanın xarici divarlarının daxil olduğu ümumi sahəni (buna mətbuatda "divar içi kvadrat" deyilir) qeyd edirlər. Nəticədə vətəndaş 100 kvadratmetrlik pul ödəyir, lakin mənzil tam təmir olunub təhvil veriləndə real yaşayış sahəsinin 85-88 kvadratmetr olduğu üzə çıxır.

Hüquqşünas xəbərdarlığı:

Müqavilə bağlamazdan əvvəl sənəddə mənzilin sahəsinin daxili perimetr üzrə (təmiz yaşayış sahəsi) qeyd olunub-olunmadığını mütləq hüquqşünasla bərabər yoxlayın.