1xeber.media xəbər verir ki,Bakının fərqli metrostansiyaları ətrafında 1.50 - 2.50 manata satılan toyuq və ət dönərlərinin mənşəyi ilə bağlı əməkdaşlarımız kiçik bir təhqiqat aparıblar.
Qiymətlərin bu qədər ucuz olmasının arxasında ticarət hiyləsi yox, birbaşa insan sağlamlığına qəsd dayandığı məlum olub.
Tarixi keçmiş məhsullar:
Əldə etdiyimiz məlumatlara görə, paytaxt ətrafındakı bəzi qanunsuz anbarlarda xaricdən gətirilən, istifadə müddəti bitmiş və ya dondurulmuş ucuz ətlər xüsusi kimyəvi məhlullarla yuyularaq qoxusu itirilir. Daha sonra bu ətlər yüksək dozada ədviyyatla basdırma (marinad) edilərək dönərxanalara paylanılır. Ədviyyatın kəskin dadı alıcının ətin xarab olduğunu hiss etməsinə mane olur.
Reydlər gəlir:
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şikayətlər əsasında yaxın günlərdə paytaxtdakı dönər sexlərində kütləvi cərimə və bağlama tədbirləri həyata keçirəcəyi gözlənilir.