Вернуться назад Распечатать

Paytaxtda saxta möhürlü kosmetikalar vitrinləri bəzəyir...

 Kosmetika mağazalarında "tarix" hiyləsi: Köhnə xına və boyaların istifadə müddəti necə dəyişdirilir?

Paytaxtın tanınmış kosmetika və qulluq məhsulları satılan bəzi mağazalar şəbəkəsində vaxtı keçmiş məhsulların yenidən vitrinə çıxarılması ilə bağlı 1xeber.media-ya  şok məlumatlar daxil olub.
Mağazalardan birində çalışan keçmiş işçinin bizə ötürdüyü faktlar vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.

Məlum olub ki, anbarlarda qalan və istifadə müddəti bitmiş şampun, krem, saç boyası və xına qutularının üzərindəki rəsmi istehsal tarixləri xüsusi kimyəvi məhlullarla (aseton və spirt qarışığı) silinir. Daha sonra xüsusi aparatlarla qutuların üzərinə yeni, növbəti 2-3 ili əhatə edən saxta son istifadə tarixləri vurularaq yenidən satışa buraxılır.

Həkim-dermatoloqlar bildirir ki, vaxtı keçmiş kosmetik vasitələr dəridə şiddətli yanıqlara, saç tökülməsinə və bərpası mümkün olmayan allergik fəsadlara yol açır. Alıcılara məhsul alarkən tarixin sonradan vurulma (qabarıq və ya fərqli şriftlə) olub-olmadığına diqqət etmək tapşırılır.