Вернуться назад Распечатать

İstehlakçıların cibinə qəsd: "Təbii məhsul" adı altında satılan kimyəvi tərəvəzlər

 Bahalı "orqanik" tərəvəzlərin yalanı: Adi məhsulları baha qiymətə kimlər satır?

Son zamanlar Bakının böyük marketlərində və butik ticarət mərkəzlərində "Bio", "Orqanik" və ya "Kənd məhsulu" etiketi altında 3-4 dəfə baha qiymətə satılan meyvə-tərəvəzlərin əslində heç bir xüsusi fərqinin olmadığı müəyyən edilib.

1xeber.media-nın əməkdaşının apardığı kiçik müşahidəyə görə, bəzi tədarükçü şirkətlər adi topdansatış bazarlarından  aldıqları kütləvi istixana məhsullarını öz anbarlarına gətirirlər. Burada məhsullar xüsusi kağız kisələrə qablaşdırılır, üzərinə dizayn edilmiş "100% Təbii və Orqanik" stikerləri yapışdırılır və qiyməti süni şəkildə qaldırılaraq elit mağazalara paylanılır.

Qida mütəxəssisləri bildirir ki, bu məhsulların tərkibindəki nitrat və gübrə miqdarı adi rəfdə satılan ucuz tərəvəzlərlə tamamilə eynidir. İstehlakçılar sadəcə qablaşdırmaya və şirin yalanlara görə əlavə pul ödəyirlər.