Вернуться назад Распечатать

NATO sammiti başlayır – Ankara dünya siyasətinin mərkəzinə çevrilir

Bu gün Türkiyənin paytaxtı Ankarada NATO-nun iki günlük sammiti işə başlayır. Alyansa üzv 32 ölkənin liderləri və tərəfdaş dövlətlərin nümayəndələrinin qatılacağı toplantıda Avro-Atlantik məkanın təhlükəsizliyi ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.  

1xeber.media xəbər verir ki, sammitin əsas gündəliyinə üzv dövlətlərin müdafiə xərclərinin artırılması, Avropanın təhlükəsizlik imkanlarının gücləndirilməsi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı risklər və NATO-nun gələcək strategiyası daxildir.  

Analitiklər hesab edirlər ki, Ankarada keçiriləcək görüş alyansın gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən ən mühüm toplantılardan biri olacaq. Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi və yeni müdafiə layihələrinin elan olunması da gözlənilir.