Вернуться назад Распечатать

Loren Bennet vəfat etdi

G.R.L. ("Girls Rock Life") qadın qrupunun üzvü, eyni zamanda "Party Rock Anthem" qlobal hitinin qonaq vokalçısı olan britaniyalı müğənni Loren Bennet 37 yaşında həyatını itirib.

1xeber.media xəbər verir ki, bu barədə musiqi kollektivi özünün İnstaqram hesabında məlumat paylaşıb.

"Sevimli Lorenimizin vəfatını böyük kədər hissi ilə bildiririk. Qəlblərimiz parçalanıb", - deyə qrupun yaydığı bəyanatda qeyd olunub.

Müğənninin ölüm səbəbi hələlik açıqlanmır.

"The Guardian" nəşrinin məlumatına görə, Kent qraflığında dünyaya gələn Bennet Böyük Britaniyanın "The X Factor" şousunda iştirak edib, ardınca "Paradiso Girls" qrupuna qatılaraq Los-Ancelesə köçüb. 2009-cu ildə qrup Lil Jon və Evenin iştirakı ilə ABŞ-nin rəqs çartlarında ilk üçlüyə daxil olan "Patron Tequila" sinqlını təqdim edib. İfaçıya dünya şöhrətini 2011-ci ilin əsas beynəlxalq hitlərindən birinə çevrilən LMFAO duetinin "Party Rock Anthem" mahnısının səsyazmasında iştirakı qazandırıb. Daha sonra Bennet Pitbull ilə ifa olunan "Wild Wild Love" və "Ugly Heart" kompozisiyaları ilə tanınan G.R.L. qrupuna qoşulub.