Вернуться назад Распечатать

Oliqarxa sui-qəsd təşkil edən şəxs Kiyevdə ölü tapıldı

 Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) hazırkı zabiti və təhlükəsizlik qüvvələrinin keçmiş əməkdaşı Monakoda ukraynalı iş adamı Vadim Yermolayevə sui-qəsd cəhdində şübhəli bilinən qadının qətli ilə əlaqədar saxlanılıb.

1xeber.media xəbər verir ki, bu barədə "Ukrainian Pravda" (UP) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr həbslə bağlı başqa heç bir məlumat verməyib. 

Ukraynalı Anastasiya Berezovskayanın meyiti dünən axşam Kiyev yaxınlığında, güllələnmiş vəziyyətdə tapılıb. 

Xatırladaq ki, ukraynalı iş adamı Vadim Yermolayev 30 iyunda Monakoda baş verən partlayış nəticəsində xəsarət alıb. Məlumatına görə, iş adamı 4 iyulda komadan çıxıb və vəziyyəti  stabildir. Lakin onun yoldaşı hələ də ağır vəziyyətdədir. Onun hər iki ayağı amputasiya edilib, görmə, eşitmə və nitq itkisi riski var. Partlayışda yaralanan 13 yaşlı oğlu da uşaq xəstəxanasındadır və onun həyatı üçün təhlükə yoxdur.

Berezovskaya Monako partlayışı işində əsas şübhəli şəxs idi. İnterpol onu beynəlxalq axtarışa vermişdi.