Gömrük Məcəlləsinə bir sıra dəyişiklik təklif edilir.
1xeber.media xəbər verir ki, qanun layihəsi parlamenti iyulun 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Layihəyə əsasən, Azərbaycan ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş məcburi tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.
Ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmaqa, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə 24 ay keçid dövrü nəzərdə tutulub.
Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.