Вернуться назад Распечатать

NATO-nun 40 milyard dollarlıq sərmayəsi - Ankarada açıqlandı

Alyansın "Drone Edge" təşəbbüsündə ümumilikdə 20 NATO ölkəsi iştirak edəcək. Bu təşəbbüs növbəti beş il ərzində dronların istehsalını və əks tədbirlərini, eləcə də onların operatorlarının təlimini beşqat artırmaq üçün 40 milyard dollar sərmayə qoyacaq. 

1xeber.media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte NATO sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda bildirib.

"Bu gün biz növbəti 5 il ərzində dronların istehsalına və onlara qarşı tədbirlərə 40 milyard dollar sərmayə qoyacaq "Drone Edge" təşəbbüsünü təqdim edirik. NATO həmçinin 2027-ci ilə qədər dron operatorlarının təlimini beş dəfə artıracaq", - deyə o qeyd edib. 

Rutte qeyd edib ki, təşəbbüsdə 20 NATO ölkəsi iştirak edir. Onlar artıq PUA operatorlarının təlimi üçün 16 mərkəz yaradıblar və tezliklə anti-dron sistemlərinin alınması üçün kommersiya platforması işə salacaqlar.