Вернуться назад Распечатать

Cevdet Yılmaz: NATO müttəfiqləri arasında sanksiyalar və məhdudiyyətlər olmamalıdır

NATO-nun Avropa sütununa əhəmiyyətli töhfələr verən Türkiyə Avropa İttifaqının bütün müdafiə və təhlükəsizlik təşəbbüslərində iştirak edə bilməlidir.

1xeber.media xəbər verir ki, NATO-nun 36-cı sammiti çərçivəsində keçirilən Müdafiə Sənayesi Forumunda çıxış edən Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz ölkəsinin müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yer tutduğunu qeyd edib.

“Müdafiə sənayesi üzrə ixracımız 2025-ci ilin sonunda 11 milyard dolları keçib. Bu məbləğin yarıdan çoxu NATO müttəfiqlərimizə və Avropa İttifaqı ölkələrinin payına düşür. Yaxın gələcəkdə bu sahədə dünyanın ilk 10 ölkəsi arasında olmağı hədəfləyirik", - deyə Cevdet Yılmaz qeyd edib.

Müttəfiqlər arasında müdafiə sektorunda məhdudiyyətlərin aradan qaldırılmasının əhməmiyyətini vuğulayan Türkiyənin Vitse-prezidenti deyib ki, mənasız sanksiyalar və məhdudiyyətlər gündəlikdən çıxarılmadır.