Вернуться назад Распечатать

Dostunu öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başladı

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

1xeber.media-nın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən baxış iclasında prokuror təqsirlqndirilənə ittiham aktını elan edib. 

İqor Lısenko özünü qismən təqsirli bildiyini deyib.

Növbəti proses 16 iyula təxirə salınıb.

Xatırladaq ki, hadisə 21 fevral 2026-cı ildə  Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib. 
İqor Lısenko Rusiyada yaşayan dostu İlqar Məmmədovu Bakıya çağırıb. Dostlar bir müddət bir yerdə yaşayıb. Daha sonra aralarında mübahisə düşüb. Bu səbəbdən İlqar Məmmədov İqora məxsus avtomobildə gecələməli olub. İ.Lısenko gecə saatlarında avtomobildə olan İ.Məmmədova yaxınlaşaraq ona bir neçə bıçaq zərbəsi vurub. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə)və 228.5-ci ( qanunsuz olaraq silah əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi açılıb.