Elm və Təhsil Nazirliyi daha bir böyük məbləğli tenderə yekun vurub.
1xeber.media xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi dünən nəticələri açıqlayıb.
Məlum olub ki, nazirlik dəftərxana və təsərrüfat mallarının satın alınması prosesini həyata keçirəcək. Bunun üçün elan edilmiş tenderin qalibi isə “SİMPLEX” QSC olub. Şirkətə 18 milyon 827 min 186 manatlıq dəftərxana və təsərrüfat malalrı sifariş edilib.