1xeber.media xəbər verir ki, Belçikanın Baş naziri Bart de Vever bildirib ki, Ukraynaya 70 milyard avroluq hərbi yardımın ayrılması Rusiya Prezidenti Vladimir Putin üçün "çox ciddi" qırmızı kartdır.
"Bu, Putin üçün çox ciddi qırmızı kartdır. Qırmızı kart sadəcə ləğv edilə bilməz. Bunu bilirsiniz", - deyə Belçikanın Baş naziri NATO-nun Ankara sammitindəki qərarını şərh edərkən bildirib. O, həmçinin ABŞ milli komandasının futbolçusu Falorin Balogunun Dünya Kubokundan kənarlaşdırılması ilə bağlı hadisəni də misal gətirib.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik NATO-nun Ukraynaya ayırdığı 70 milyard avroluq maliyyə yardımının qələbəni təmin etmək üçün kifayət etmədiyini bildirmişdi. O, həmçinin bildirib ki, bu pul döyüşlərin uzanması üçün istifadə edilə bilər.