Вернуться назад Распечатать

İtaliya ABŞ-la gərginliyi böyütmək istəmir: “Trampın təxribatlarına cavab verməyəcəyik”

1xeber.media xəbər verir ki, İtaliya hökuməti ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına və sosial şəbəkələrdəki paylaşmlarına cavab verməmək qərarı qəbul edib.

İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib ki, Roma Vaşinqtonla münasibətlərdə yeni gərginlik yaratmaq niyyətində deyil və Trampın təxribat xarakterli bəyanatlarına rəsmi reaksiya verməyəcək.  

Nazirin sözlərinə görə, ABŞ İtaliyanın strateji tərəfdaşı olaraq qalır və iki ölkə arasında fikir ayrılıqlarının ictimai polemikaya çevrilməsi heç bir tərəfin maraqlarına uyğun deyil.

Gərginlik Donald Trampın NATO sammiti ərəfəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə bağlı sosial şəbəkədə paylaşdığı istehzalı görüntüdən sonra daha da artıb. Bundan əvvəl də Meloni Trampın onun haqqında səsləndirdiyi bəzi iddiaları təkzib etmişdi.  

Beynəlxalq siyasi müşahidəçilər hesab edirlər ki, Romanın bu mövqeyi NATO daxilində əlavə siyasi qarşıdurmanın qarşısını almağa hesablanıb. Ekspertlərin fikrincə, İtaliya alyans daxilində diplomatik münasibətlərin qorunmasına üstünlük verir.

Bu açıqlama NATO sammitindən sonra ABŞ-Avropa münasibətlərində yaranan yeni siyasi atmosferin diqqət çəkən hadisələrindən biri kimi qiymətləndirilir.