Вернуться назад Распечатать

Britaniya Azərbaycanın bu tankerini sanksiya siyahısından çıxardı

Böyük Britaniya Rusiya ilə əlaqələri olduğu iddia edilən Azərbaycan gəmisini sanksiya siyahısından çıxarıb. 

1xeber.media xəbər verir ki, söhbət Azərbaycanın "Zəngəzur" neft tankerindən gedir. 

Bu addım Avropa Birliyinin Azərbaycanın dövlət gəmiçilik və neft şirkətləri tərəfindən idarə olunan eyni tankerə qarşı sanksiyaları ləğv etməsindən üç aydan az müddət sonra atılıb.