1xeber.media xəbər verir ki, Fire Point-in həmtəsisçisi Denis Ştilermanın sözlərinə görə, bu payız Ukrayna ilk dəfə öz ballistik raketlərindən istifadə edərək Rusiyaya zərbə endirə bilər.
"Düşünürəm ki, bu payız Rusiyada raketimizi sınaqdan keçirəcəyik", - Ştilerman deyib.
Onun sözlərinə görə, hazırda mühərrik sınaqları aparılır.
Bir müddət əvvəl Ştilerman bildirmişdi ki, Ukrayna Belarusdan hücum başlasa, Belarusdakı bütün vacib infrastrukturu məhv edəcək.