1xeber.media xəbər verir ki, ABŞ İranı Rusiya və Çinlə birləşdirən dəmir yolu körpüsünə raket hücumu həyata keçirib.
"ABŞ, Akkala şəhəri yaxınlığında yerləşən Çin-Türkmənistan-İran dəmir yolu dəhlizinin strateji hissəsi olan Ak-Teke Xan dəmir yolu körpüsünə qanadlı raket hücumu həyata keçirib. Bu marşrut ötən ildən bəri Rusiya tərəfindən yük daşınması üçün istifadə olunur və dəniz blokadasından bəri Çin qatarlarının hərəkəti üç dəfə artıb", - agentlik bildirib.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana hücumların bərpa olunduğunu təsdiqləyib. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) Küveyt və Bəhreyndə yerləşən dörd ABŞ bazasına hücum edib.
8 iyulda ABŞ prezidenti Donald Tramp iki ölkənin hücumlarından sonra ABŞ-İran atəşkəsinin artıq qüvvədə olmadığını açıqlayıb.