Cəbrayıl rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticəsi ləğv olunub.
1xeber.media xəbər verir ki, dövlət qurumu öz binasının yerləşdiyi ərazidə abadlıq işləri aparmaq fikrində olub.
Belə ki, Cəbrayıl rayon məcburi köçkünləri üçün salınmış 4 saylı qəsəbədə yerləşən inzibati binasının həyətində abadlıq işlərini görmək üçün 111 min 922 manat vəsait ayıran İcra Hakimiyyətinə “yox” cavabı verilib. Səbəb isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması olub. Bu isə “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1.-ci maddəsinin tələbinin pozulması deməkdir.
Xatırladaq ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovdur. 66 yaşlı icra başçısı 18 aprel 2016- cı ildən rayonu idarə edir.
tribuna.az