Bu gün, iyulun 9-da Azərbaycanda Diplomatik Xidmət Orqanları Əməkdaşlarının Peşə Bayramı Günü qeyd edilir [mfa.gov.az]. Ölkəmizin beynəlxalq müstəvidə milli maraqlarını qoruyan və xarici siyasət kursunu uğurla həyata keçirən milli diplomatiyanın əsasının qoyulmasından bu il tam 107 il ötür.
Tarixi təlimatdan rəsmi sərəncama
Azərbaycan diplomatiyasının peşə bayramı tarixi bir sənədlə bağlıdır. 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat qəbul edilib. Bu tarixi sənəd ölkədə diplomatik xidmət orqanlarının fəaliyyətini tənzimləyən ilk rəsmi normativ akt kimi tarixə düşüb. Prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli Sərəncamı ilə məhz həmin tarix – iyulun 9-u Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
Post-münaqişə dövrünün hücumayönümlü diplomatiyası
Milli diplomatiyamız xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra daha aktiv və hücumayönümlü mərhələyə qədəm qoyub. Bu gün ölkəmizin diplomatik korpusu xarici dövlətlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regional sülhün təmin olunması və qlobal əməkdaşlıq platformalarının qurulması istiqamətində fəaliyyətini uğurla davam etdirir.
1xeber.media kollektivi olaraq, müstəqil dövlətimizin milli maraqlarını qlobal arenada və beynəlxalq müstəvidə ləyaqətlə, qətiyyətlə müdafiə edən, xarici siyasətimizin uğurlu icrası naminə fədakarlıqla çalışan bütün diplomatlarımızı peşə bayramı münasibətilə ürəkdən təbrik edir, onlara çətin və şərəfli fəaliyyətlərində yeni-yewi diplomatik qələbələr arzulayırıq! Peşə bayramınız mübarək!