Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Baykar” Texnologiya şirkətinin İdarə Heyətinin sədri Səlcuq Bayraktarı qəbul edib.
1xeber.media xəbər verir ki, bu barədə Bayraktar sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bizi qəbul etdi. Görüşümüz zamanı "Bayraktar Teknoloji"nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə Cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm.
Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun", - deyə o qeyd edib.