Вернуться назад Распечатать

İsmayıllıda maşın ayını vurub öldürdü - VİDEO

İsmayıllıda avtomobil ayını vuraraq öldürüb.

1xeber.media Apa-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunda, Basqal qəsəbəsi ərazisində qeydə alınıb.

Turizm şirkətinə məxsus avtomobil hərəkətdə olan zaman yola çıxan ayını vurub. Ayı ölüb, avtomobilə ciddi ziyan dəyib.