“Qarabağ” futbolçusu Kamilo Duranın transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifini müsbət cavablandırıb.
Klubdan 1xeber.media-ya verilən məlumata görə, qərar qəbul olunarkən kolumbiyalı hücumçunun istəyi də nəzərə alınıb.
Klublar arasında aparılan danışıqlar uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
Qeyd edək ki, 2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu Ağdam təmsilçisinin heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.