Вернуться назад Распечатать

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu müəyyənləşir.

1xeber.media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.