Вернуться назад Распечатать

Kəlbəcərdə otlaq sahədə mina partladı

Kəlbəcər rayonunda mina hadisəsi baş verib.

1xeber.media Oxu.az-a istinadla xəbər verir ki, hadisə otlaq sahədə baş verib.

Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur.

Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) faktı təsdiqləyiblər.