Вернуться назад Распечатать

Azərbaycanda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 175 manat təşkil edib.

1xeber.media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.

Xatırladaq ki, yanvar-aprel aylarının yekununda ölkədə orta maaş 6,5 % artmışdı