Вернуться назад Распечатать

Leyla Əliyeva yeni şeirini paylaşdı

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva qələmə aldığı şeiri rəsmi "Instagram" hesabında paylaşıb.

1xeber.media həmin paylaşımı təqdim edir:

Hər şey bir andaca dəyişə bilir,
İlahi, kömək ol, mən tələsməyim.
Bu həyat sanki bir yuxu kimidir,
Elə et, bu ömrə vurula bilim.

Elə et, sevinci, kədəri sevim,
Küləyin sığalın hiss edə bilim.
Göz yaşı acısın, oyanış dadın
Duyum, boş sözlərə vaxt itirməyim.

Qorxunu, şübhəni qəlbimdən silib,
Sonsuz sevmək üçün Sən cəsarət ver.
Bu ömrü qəfildən bitəcək bilib,
Nə olar, tələsmə… bir az fürsət ver.

Bilirəm, hər zaman sən yanımdasan,
Yalan tanımayan o gözlərinlə.
Cəhənnəm sandığım sonsuz boşluqdan,
Bir lal ruh gizlicə hayqırar, inlər.

Bilirəm, nə dünən, nə də sabah var,
Gəl məni zamanın əlindən qurtar.
Şeiri mən yazım, müəllif Sən ol,
Göstər, insan kimdir, nələr yaradar!