Вернуться назад Распечатать

Rusiya komandiri: Konstantinovkada qalan Ukrayna bölmələrinin hərəkətinə nəzarət edirik

1xeber.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin 4-cü motoatıcı briqadasının 3-cü batalyonunun "Bizon" ləqəbli komandiri Konstantinovkada qalan Ukrayna Silahlı Qüvvələrinin (VSU) kiçik qruplarının hərəkətinə tam nəzarət etdiklərini iddia edib.

TASS agentliyinin yaydığı məlumata görə, rusiyalı komandir bildirib ki, Ukrayna hərbçilərinin hərəkəti müşahidə olunan kimi onlara dərhal zərbələr endirilir.

“Onların hərəkətini müşahidə edən kimi dərhal atəş açırıq. Məsələn, hazırda müşahidə etdik ki, qarşı tərəf mövqeyə daxil olub cəmi 50 metr irəliləmişdi, həmin istiqamətə dərhal zərbələr endirildi”, – deyə "Bizon" bildirib.

Bundan əvvəl 4-cü ayrı motoatıcı briqadanın "Aqalu" ləqəbli digər komandiri də Konstantinovkaya nəzarətin itirilməsindən sonra Ukrayna hərbçilərinin ciddi şəkildə ruhdan düşdüyünü iddia etmişdi.

Xatırladaq ki, ötən həftə Kreml Konstantinovkanın Rusiya qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin bu hadisənin Donetsk vilayətinin tam nəzarətə götürülməsi istiqamətində mühüm mərhələ olduğunu bildirib.

Qeyd: Münaqişə şəraitində tərəflərin səsləndirdiyi hərbi məlumatları operativ şəkildə müstəqil mənbələr vasitəsilə təsdiqləmək həmişə mümkün olmur.