İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzində orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Natiq Fətiyev münaqişə zəminində oranın rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.
1xeber.media APA-ya xəbər verir ki, daha sonra o, meyiti Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atıb.
N. Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma aparılır.