Вернуться назад Распечатать

Pensiyalar nə vaxt veriləcək?

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının iyulun 14-dən, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının bu ayın 22-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

1xeber.media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, ünvanlı sosial yardımların da bu ayın 24-dən gec olmayaraq ödənilməsi planlaşdırılır.