Вернуться назад Распечатать

USQ Krasnodar diyarındakı müəssisələri PUA-larla hədəfə alıb

1xeber.media xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyanın Krasnodar diyarına növbəti dəfə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

Rusiya Krasnodar diyarının Operativ Qərargahının məlumatına görə, Temryuk rayonunda yerləşən müəssisələrdən birinin ərazisində yanğın baş verib. Beloreçensk rayonunda isə vurulan PUA-nın qalıqları müəssisələrdən birinin ərazisində yerləşən texnika anqarına düşərək ziyana səbəb olub.

Bundan başqa, İliç qəsəbəsində PUA qalıqları fərdi yaşayış evinin yaxınlığına düşüb. Nəticədə evin pəncərələri və divarı zədələnib, həyətyanı tikilidə yanğın baş verib.

İlkin məlumata görə, hadisələr nəticəsində xəsarət alan olmayıb. Hazırda ərazilərdə operativ və xüsusi xidmət orqanlarının əməkdaşları işləyir.

Qeyd edək ki, bundan əvvəl də Ukrayna PUA-larla Moskva vilayətinə hücum edib. Rusiya tərəfinin məlumatına əsasən, həmin hadisə nəticəsində 3 nəfər ölüb.