Вернуться назад Распечатать

Ukraynanın ABŞ-dakı səfiri istefa verir – FT səbəbi açıqladı

1xeber.media xəbər verir ki, Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina istefa verəcək. Bu barədə Financial Times nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Stefanişina ailəsinin Kiyevdə yerləşən mənzili bazar qiymətindən xeyli aşağı məbləğə aldığı iddiası ilə bağlı araşdırma aparılır. Bildirilir ki, bu məsələ Ukrayna hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir.

Məlumata əsasən, Olqa Stefanişina irəli sürülən bütün ittihamları rədd edir.

Xatırladaq ki, diplomat daha əvvəl öz istəyi ilə vəzifəsindən ayrılması üçün ərizə təqdim edib və bu müraciət Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən təsdiqlənib.

Qeyd olunur ki, Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) tərəfindən Stefanişinaya rəsmi şübhə elan oluna biləcəyi ehtimal edilir.