Ukrayna rus və belarus dillərini Avropa Xartiyası ilə qorunan regional dillər siyahısından çıxarmaq niyyətində olduğunu açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk Telegram-da məlumat verib.Onun sözlərinə görə, “Regional və ya azlıqların dilləri üzrə Avropa Xartiyasının rəsmi tərcüməsinin yenilənməsi ilə əlaqədar Ukraynanın bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” qanun layihəsi təsdiqlənib. Buna Ali Radada baxılacaq.