Вернуться назад Распечатать

"Ən yaxşı qiymətlər Avropa bazarındadır" - Dövlət başçısı

Biz artıq Avstriya və Almaniyaya qaz ixracına başlamışıq. Avropa və qlobal bazarda mövcudluğumuzu gücləndirmək bizim ümumi strategiyamızın tərkib hissəsidir.

1xeber.media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.

Dövlətimizin başçısının sözlərinə görə, Avropa bazarı premium bazardır, ən yaxşı qiymətlər oradadır və təbii ki, biz orada öz imkanlarımızı genişləndirməkdə maraqlıyıq.