Parisdə Eyfel qülləsində qısaqapanma səbəbindən yanğın baş verdi; 1,2 min ziyarətçi təcili olaraq təxliyə edildi.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 24-də Fransanın BFMTV televiziyası məlumat yayıb.Yanğının ikinci və üçüncü mərtəbələr arasında liftin elektrik xəttində yaranmış texniki nasazlığın səbəb olduğu bildirilir. Yanğından sonra yanğın siqnalı yerli vaxtla saat 10:50-də işə düşüb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Ziyarətçilərdən heç biri xəsarət almayıb.
Eyfel qülləsi Parisə gələn bütün ziyarətçilərin mütləq dayanacağı yerdir. Hər il 6 milyondan bir qədər çox insan qülləyə qalxır.