ABŞ prezidenti Co Bayden Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etmək istəyir.
1xeber.media xəbər verir ki, bu barədə dekabrın 24-də vəziyyətlə tanış olan anonim mənbələrə istinadən Washington Post (WP) məlumat yayıb.
“Bayden vəzifəsinin son həftələrində Rusiyanın enerji sektoruna qarşı böyük yeni sanksiyalar tətbiq etməyi düşünür”, materialda deyilir.Aydınlaşdırılır ki, bu, ABŞ-ın yeni seçilmiş Donald Tramp komandasına Ukrayna münaqişəsi üzrə danışıqlarda təsir rıçaqları vermək üçün edilə bilər.