Mixail Qusman Azərbaycan xalqının layiqli oğludur. İkinci Qarabağ müharibəsi zamanı faktiki olaraq cəbhə bölgəsində yaşayır, oradan reportajlar hazırlayırdı.
1xeber.media xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda deyib.
Prezident M.Qusmanın ötən il TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilməsini xatırladıb:
“Keçən il məhz bu forumda mənə verdiyi bir suala görə, onu onilliklər ərzində xidmət etdiyi, inkişafı üçün böyük əmək sərf etdiyi təşkilatda tutduğu vəzifədən uzaqlaşdırdılar.
Ötən il Rusiyada başqa zərər çəkənlər də oldu. Bu gün onlardan birini burada görmürəm. Ümid edirəm ki, həbs edilməyib. Allah ona can sağlığı versin. Bir nəfəri Azərbaycan Prezidenti ilə bağlı müsbət sual verdiyinə görə işdən çıxardılar. Digərini isə Azərbaycan haqqında müsbət fikirlər səsləndirdiyi üçün “xarici agent” elan etdilər”.